Bildirişlər
Kateqoriyalar
Ana səhifə Mağaza 0 Səbət Hesab Sifarişlərim

Netflix abunəsi seçəndə əsas üç şey fərqlənir: eyni anda neçə cihazda baxmaq olar, video keyfiyyəti nə qədərdir və reklam var, ya yox. Qiymət fərqi də məhz buradan gəlir.

Ekran sayı

Ucuz planlarda eyni anda bir cihazda baxmaq mümkündür — ailə üzvləri paralel izləmək istəyəndə "limit doldu" xəbərdarlığı çıxır. Yuxarı planlarda bu limit artır.

Video keyfiyyəti

Baza planlarda keyfiyyət adətən HD ilə məhdudlaşır, yuxarı planlarda 4K və HDR açılır. Böyük televizorda fərq açıq görünür, telefonda isə demək olar hiss olunmur — plan seçərkən əsas hansı cihazda baxdığınıza baxın.

Profillər

Bütün planlarda bir neçə profil yaratmaq olar. Profil ayrı olsa da, eyni anda izləmə limiti plandan asılıdır. Uşaq profili ayrıca qurula bilər.

Azərbaycandan abunə

Rəsmi ödəniş xarici karta bağlıdır və hər kartla alınmır. AppBazar-da abunəni yerli kartla və ya M10 ilə ödəyə bilərsiniz:

Paylaşılan hesabda nələrə diqqət etmək lazımdır

  • Öz profilinizdən istifadə edin, başqasının profilinə girməyin
  • Şifrəni dəyişməyin — bu, digər istifadəçilərin girişini pozur və zəmanəti ləğv edir
  • Yeni cihazdan giriş edəndə təsdiq kodu lazım ola bilər, onu kod portalından özünüz ala bilərsiniz

Tam sərbəstlik istəyirsinizsə şəxsi hesab variantını seçin — fərqləri FAQ səhifəsində izah etmişik.